Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:45

Heydər Əliyev Mərkəzi ilə bağlı istintaq yekunlaşıb


-
Ötən il iyulun 20-də Heydər Əliyev Mərkəzində baş vermiş yanğınla bağlı cinayət işinin istintaqı başa çatıb.

Bu barədə martın 15-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, yanğın Mərkəzin tikintisində konstruksiya işlərinə rəhbərlik edənlərin qaynaqçıya verdiyi qeyri-qanuni göstərişlər nəticəsində baş verib.

Nəticədə qaynaq işləri aparılarkən metal ərintilər muzey damının aşağı hissəsindəki su keçirməyən membranın üzərinə düşüb və yanğın baş verib.

İş üzrə təqsirləndirilən 3 nəfərə Cinayət Məcəlləsinin «ağır nəticələrə səbəb olmaqla yanğın təhlükəsizliyi qaydalarını pozma» maddəsi ilə ittiham elan edilib.

İş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

İttiham təsdiqlənərsə, həmin şəxslər 3 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG