Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:29

Əli Həsənov: «Milli Demokratiya İnstitutunun fəaliyyətinə müvafiq qiymət veriləcək»


Əli Həsənov

Əli Həsənov

-
«HEÇ BİR BEYNƏLXALQ QURUM, HEÇ BİR QHT AZƏRBAYCANA TƏZYİQ GÖSTƏRƏ BİLMƏZ»

«Azərbaycan hakimiyyəti Milli Demokratiya İnstitutunun fəaliyyətinə müvafiq qiymət verəcək».

«Azərbaycan» qəzeti yazır ki, bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib:

«Mətbuatda bəzi QHT-lərin, o cümlədən ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycanda fəaliyyəti ilə bağlı yazılarda faktlar yer alıb. Bu faktların həqiqətə uyğun olub-olmadığı Azərbaycan hakimiyyəti tərəfindən araşdırılacaq... Heç bir beynəlxalq qurum, heç bir QHT Azərbaycana təzyiq göstərə bilməz... Bizim maraqlarla üst-üstə düşənlərə «hə» deyirik, maraqlarımıza uyğun olanlarla əməkdaşlıq edirik, uyğun gəlməyənləri, sadəcə olaraq qəbul etmirik və qəbul etmək fikrimiz də yoxdur…».

«FACEBOOK»LA XORUZU BİRLƏŞDİRƏN MƏQAM

Facebook

Facebook

«Ayna» qəzeti «Facebook»da inqilab kabusundan yazır. Qəzetə görə, «Facebook» nə səbəbdir, nə də nəticə. «Facebook» bir vasitədir. İnqilabın qarşısını almaq üçün «Facebook»la vuruşmaq yox, narazıların səbrini daşdıran səbəb, nəticələri araşdırıb real tədbirlər görmək lazımdır:

«İndiyədək xoruz yox idi səhər açılmırdı? «Facebook» yox idi, üsyan yox idi? Bəlkə İsmayıllıda, İmişlidə, Balakəndə də adamları «Facebook»la çağırıb icra hakimiyyətinin qabağına etiraza toplamışdılar? Onların əksəriyyətinin sosial şəbəkələrdən xəbəri yoxdur, bəziləri elə bilir «Facebook» yeməli şeydir…».

BAKI KƏNDLƏRİNDƏ BORC ƏVƏZİNƏ UŞAQLAR GİROV QOYULUR?

«Exo» qəzeti Azərbaycanda valideynlərin götürdüyü borca görə uşaqların girov qoyulması hallarından yazır.

Mətanət Əzizova

Mətanət Əzizova

Qəzet Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova istinadən bildirir ki, borc qaytarılmayanda, borc verən həmin uşaqdan işçi qüvvəsi kimi istifadə edir:

«Təəssüflər olsun ki, bu barədə nə valideynlər, nə qonşular hüquq-mühafizə orqanlarına müraciət edir. Bu kimi hallar əsasən Bakı kəndlərində baş verir. Pul lazım olanda, bunu bankdan əldə edə bilməyənlər adətən adamlara üz tuturlar. Bəziləri borc əvəzinə qızıl, əmlak, elələri də var ki, girov kimi övladlarını qoyur. Bakı kəndlərində bu hal az qala ənənə halını alıb. Nə vaxt ki valideynlər pulu qaytara bilmir, onda uşaqlar işçi qüvvəsi kimi istifadə olunur. Bir və ya iki il ərzində uşaqlar valideynlərin borcunu borc verənin heyvanlarını otarmaq, ona qulluq etmək, ya da gül və ya tərəvəz sahələrində işləyir. Neçə illər ərzində uşaqlar qeyri-müəyyən şəraitdə yaşayırlar».

«DÜNYA 3-CÜ PREZİDENTLİYƏ GÖZ YUMSAYDI...»

«Azadlıq» qəzeti yazır ki, dünya 3-cü prezidentliyə göz yumsaydı, devrilmiş diktatorların da yaxınları hakimiyyətə gələrdi:
İlham Əliyev

İlham Əliyev

«Bu seçkilərdə İlham Əliyev 3-cü dəfə namizədliyini verməyə hazırlaşır. Dünyada gedən proseslərdən çıxış edərək onun 3-cü dəfə namizədliyini irəli sürməsi problemli olacaq. Düzdür, hakimiyyət mətbuatı Qərbin İlham Əliyevin 3-cü dəfə seçilməsinə göz yumacağını təbliğ etməyə çalışsa da, bu, baş verməyəcək. Dünya İlham Əliyevin 3-cü dəfə prezidentliyinə göz yumsaydı, o zaman Mübarəkin, Qəzzafinin oğlanları, Bin Əlinin həyat yoldaşı hakimiyyətə gələrdi. Hakimiyyət dünyada baş verənlərdən narahatdır. Ona görə iqtidar bütün tərəflərə müharibə elan edib…»

TAĞI ƏHMƏDOVDAN XOXAN SÖHBƏTİ

«O, xoxan deyil ki, ondan qorxum».

Bu sözləri «Yeni Müsavat»a müsahibəsində Bakı metropolitenini rəisi Tağı Əhmədov sabiq rektor Elşad Abdullayevin onunla bağlı açıqlamalarına münasibət bildirərkən deyib.

Tağı Əhmədov Elşad Abdullayevlə danışıqlarının Beynəlxalq Universitet ərazisində metropolitenə məxsus 1900 kvadrat metr torpaq sahəsi ilə bağlı olduğunu deyir:

«... Elşad Abdullayevlə heç bir əlaqəm, söhbətim ola bilməz. Bu, qeyri-mümkün olan söhbətdir....Qəti narahat deyiləm. Elşad xoxan-zad deyil ki, ondan qorxam, ya da narahat olam…».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG