Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:11

Makedoniya Azərbaycanla vizasız rejimin müddətini artırdı


-
Makedoniya bir sıra ölkələrlə vizasız rejiminin müddətini daha bir il uzadıb.

ANS-in Makedoniya hökumətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan, Rusiya, Ukrayna və Qazaxıstanın vətəndaşları 2014-cü ilin martın 15-ə kimi bu ölkəyə vizasız gedib-gələ bilərlər.

Hökumət sözçüsü Alexander Georgiev bildirib ki, bu addım ölkəyə gələn turistlərin sayını artmasına kömək edəcək. Bu qərarın adıçəkilən ölkələrlə iqtisadi əməkdaşlıq, ticarət imkanlarına, turizm sahəsindəki əməkdaşlığa da müsbət təsir edəcəyi gözlənilir.
XS
SM
MD
LG