Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:20

Sky News telekanalının əməkdaşları canlı yayımda həbs edilib



Britaniyanın Sky News telekanalının aparıcısı və operatoru Çində canlı yayımla xəbər verdikləri zaman həbs ediliblər. Martın 15-də müxbir Mark Stone Çinində yeni şəxslərin hakimiyyət başına gəlməsinə dair paytaxt Pekinin Tiananmen Meydanından canlı yayım zamanı məlumat verirmiş.

Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq idarəyə getməli olduğunu deyib. Müxbir və operator polis maşınında gedərkən də kamera açıq olub və baş verənlər televiziya ilə canlı yayılıb.

Sky telekanalı öz əməkdaşlarının güclü şəkildə qorunan bu ərazidə yayım aparmaq üçün icazələri olduğunu deyir. Polis isə telekanalın əməkdaşlarına bildirib ki, onlar yayım icazəsini “lazım olan qaydada” nümayiş etdrməyiblər, üstəlik jurnalistin də pasportu üstünbdə olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG