Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:16
-
Azərbaycanı 58-ci «Eurovision» Mahnı Müsabiqəsində Fərid Məmmədov təmsil edəcək.

Xəbəri Eurovision TV saytı yayıb.

Fərid Məmmədov «ButaPalace»da keçirilən milli final şousunda 10 ifaçı arasından seçilib.

Finalda iştirakçılar yerli və ya əcnəbi bəstəkarların bir yeni mahnısını ifa ediblər.

Münsiflər heyətinin qərarını final konsertinin aparıcısı Leyla Quliyeva açıqlayıb.

39 ölkənin iştirak edəcəyi «Eurovision-2013» mahnı müsabiqəsinin yarımfinalı mayın 14-ü və 16-da, finalı mayın 18-də olacaq.

Fərid Məmmədov mayın 16-da çıxış edəcək.

Builki şounun şüarı «We are one», yəni «Biz birik»dir.

«Eurovision-2013» İsveçin «Malmö Arena» konsert salonunda keçiriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG