Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:49

Reuters-in əməkdaşı hakerlə əlbir olmaqda ittiham edilir



ABŞ-da Reuters agentiyinin əməkdaşlarından biri “Anonim” adlı haker qrupla əlbir olaraq rəqib media şirkətinin kompyuterlərini sıradan çıxarmaqda ittiham edilir. İttihama görə Reuters-in əməkdaşı olan Matthew Keys Tribune Şirkətinin kompyuter sistemləri sıradan çıxarmaq üçün zəruri məlumatları hakerlərə ötürüb.

Prokurorlar həmçinin jurnalistin verdiyi məlumatlar əsasında hakerlərin “Los Angeles Times” qəzetinin saytında bir məqaləni özləri istədikləri kimi dəyişdiklərini bildirirlər.
26 yaşlı Keys əvvəllər Tribune şirkətində çalışıb. 2012-ci ildən isə sisal media redaktoru kimi Reuters-də işə başlayıb. Bu ittihamlar elan ediləndən dərhal sonra Keys Reuters-də işdən qovulub.

Tribune-un kompyuter sistemləri 2010-cu ilin dekabrında sıradan çıxarılmışdı.
İttihamlar sübut olunsa, Mattew Keys 10 il müddətinə həbs edilə və 250 000 dollar miqdarında cərimə oluna bilər.
XS
SM
MD
LG