Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:22

Şanxayı içməli su ilə təchiz edən çayda çox sayda donuz leşi aşkar edilib


Yantsız çayında 7500 donuz cəsədəi tapılıb
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00

Yantsız çayında minlərlə 7500 donuz cəsədəi tapılıb


Çinin ən böyük şəhəri olan Şanxay şəhərini içməli su ilə təmin edən çayda 7500-dən çox donuz leşi tapılıb.

Şanxay özünün içməli su ehtiyacının 20 faizini Huangpu çayından götürür.

Rəsmilər donuz cəsədlərinin çaya qonşu bölgədəki fermalardan atıldığını guman edirlər. Onlar düşünürlər ki, polis xəstə donuz ətindən hazırlanmış ərzaq mallarına qarşı əməliyyatlara başladığından bəzi iş adamları ölü donuzları çaya atıb məsuliyyətdən yayınmağa çalışırlar.

Dövlət mediasının xəbərinə görəı iş adamlarından biri artıq donuz cəsədlərini çaya atdığını etiraf edib.

Amma rəsmilər donuz cəsədlərinin bu içməli su kimi istifadə edənlərə heç bir təhlükəsinin olmadığını da bildirirlər.
XS
SM
MD
LG