Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:48

Bakıda Hindistan vətəndaşının qatili axtarılır


-
Martın 9-da saat 11 radələrində Bakıda Hindistan vətəndaşı Chaudhary Binod Kumarın üzərində zorakılıq izləri olan meyiti tapılıb. Öncə qəsdən adamöldürmə əsasında açılan cinayət işi daha sonra xüsusi amansızlıqla qəsdən adamöldürmə kimi tövsif edilib. Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birdə bəyanat yayıb.

Bəyanatda deyilir ki, polis və prokurorluq əməkdaşlarının gerçəkləşdirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs – Pakistan vətəndaşı Ali Abid Ahmad Bashir martın 15-də tutularaq istintaqa cəlb olunub.
Zəruri istintaq-əməliyyat tədbirləri davam edir

Günün bütün mövzuları

XS
SM
MD
LG