Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:48

Əsgər anaları, gənclərin həbsi, EL hərəkatı...


-
Martın 15-də dərc olunan qəzetlər müxtəlif mövzularda yazıblar. Mətbuatın icmalını təqdim edirik:

«ƏSGƏR ANASINI YERƏ YIXIB SÜRÜYƏN POLİSİN ANASI VARMI?»
«Azadlıq» qəzeti yazır ki, «Əsgər Anaları Cəmiyyəti»nin sədr müavini Şərqiyyə Məmmədova 10 mart «Əsgər ölümülərinə son» aksiyasına münasibət bildirib. O, gənclərin keçirdiyi aksiyada polis vəhşiliyindən dəhşətə gəldiyini deyib:
«10 mart aksiyasına baxanda özümə gələ bilmirəm. Polis öz vətəndaşı ilə bu cür rəftar edərmi? 10 martda mən Azərbaycan polisini yox, faşist dəstəsini gördüm. Bu gəncləri döydürənlərin övladı hərbi xidmətdə olubmu? Əsgər anasını yerə yıxıb sürüyən polisin anası yoxdurmu? Mən və mənim ətrafımda olan ziyalılar, alimlər, müəllimlər bu kadrlara nifrətlə baxdıq. Azərbaycandakı iyrənc idarəetməyə etiraz edirik».
RAMİZ MEHDİYEVİN MÜSAHİBƏSİ...
«Bizim Yol» qəzeti yazır ki, PA rəhbəri Ramiz Mehdiyev İsmayıllı olaylarından, «Molotov kokteyli»ndən, Əkrəm Əylislidən və «Facebook»dan danışıb. O, Azərbaycanın hər bir uğurunu öz faciəsi kimi qəbul edən bəzi siyasi qrupların ölkənin inkişafı ilə bağlı cəmiyyətdə yanlış təsəvvür formalaşdırmaq istədiklərini deyib.
HƏBSDƏ OLAN MÜXALİFƏTÇİLƏRƏ DƏSTƏK
«Yeni Müsavat» qəzeti xəbər verir ki, İctimai Palatanın Koordinasiya Şurası martın 18-də saat 12-00-dan 15:00-dək Müsavat partiyasının qərargahında xeyriyyə marafonu keçirəcək. İP KŞ-nin üzvü Pənah Hüseyn qəzetə bildirib ki, əsas məqsəd, məhbəsdə olan müxalifətçilərə və ictimai etiraz aksiyalarında iştiraka görə məhkəmələrin cərimələndiyi şəxslərə Novruz bayramı ərəfəsində dəstək verməkdir:
«Bizim neçə-neçə əqidə dostumuz bu gün məhbəs həyatı yaşayır. Onların ailələrinin ciddi maddi dəstəyə ehtiyacı var. Bundan başqa son zamanlar keçirilən etiraz aksiyalarına görə məhkəmələrin kəsdiyi cərimələri ödəyə bilməyən mübarizə dostlarımız var. Biz belə bir aksiya təşkil etməklə Novruz bayramı ərəfəsində onların problemlərini imkan daxilində azaltmaq niyyətindəyik».
«YENİ AZƏRBAYCAN» ELDAR NAMAZOVDAN YAZIB
«Yeni Azərbaycan» qəzeti «Qondarma «Ziyalılar Forumu» Antimilli fəaliyyətlə məşğuldur» - deyə, bildirib.
Qəzet, anti-Azərbaycan dairələrin E. Namazovdan respublika ilə bağlı çirkin niyyətlərinin həyata keçirilməsində vasitə kimi istifadə edildiyini yazır:
«Dağıdıcı müxalifət düşərgəsində cərəyan edən prosesləri təhlil etdikdə ilk növbədə belə qənaətə gəlirsən ki, burada təmsil olunan partiyaların, qrupların, həmçinin ayrı-ayrı «siyasətçilərin» Azərbaycan xalqına və cəmiyyətinə hər hansı formada bağlılığı yoxdur. Məsələn, götürək elə «Ziyalılar forumu» deyilən qondarma qurumun ideya müəllifi olan Eldar Namazovun təşkilatçılığı ilə yaradılan «EL» hərəkatını. Bəri başdan deyək ki, «EL» hərəkatı yenicə elan olunsa da, burada toplaşanlar dağıdıcı müxalifət düşərgəsinin zaman-zaman Azərbaycanın milli maraqlarına xəyanət edən, antimilli fikirlər səsləndirən köhnə simalarıdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG