Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:41

E.Məmmədyarov Britaniya xarici işlər nazirinin müavinini qəbul edib


 Elmar Məmmədyarov
Elmar Məmmədyarov
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Böyük Britaniya xarici işlər nazirinin müavini Saymon Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə siyasi, iqtisadi və enerji sahələrində əlaqələrin daha da genişləndirilməsi, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Əfqanıstanda sabitliyin bərpasına verdiyi töhfə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG