Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:02
İran prezidenti Mahmud Əhmədinejad rəsmi hədiyyələrdən ibarət kolleksiyasını hərraca çıxarıb.

Böyük Britaniyanın “The Telegraph” qəzetinin yazdığına görə, kolleksiya 200 min funt sterlinqə satılıb.

Tehranda keçirilən hərraca prezidentə hədiyyə edilən daş-qaşlar, mirvari, bahalı saatlar və s. əşyalar çıxarılıb.
Kolleksiyada Pakistan prezidentinin ona bağışladığı brilyant qaşlı boyunbağı da olub.

İran Xeyriyyə Təşkilatının rəhbəri Husein Badashkhan bildirib ki, satışdan əldə edilən vəsait xeyriyyə məqsədlərinə sərf ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG