Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:01
-

Müsavat Partiyası Naxçıvan MR Təşkilatının sədri Sabir Vəliyevi naməlum şəxslərin vurduğu bildirilir.

Bu haqda AzadlıqRadiosuna onun qardaşı Hidayət Vəliyev məlumat verib.

Hidayət Vəliyevin dediyinə görə, qardaşını Babək qəsəbəsində, icra hakimiyyəti binasının yaxınlığında huşsuz vəziyyətdə tapıblar:

«Onu tanıyanlar evə gətirib. Dərhal həkim çağırdıq, DİN-in 102 xidmətinə məlumat verdik. Hazırda huşsuz vəziyyətdədir. Dişləri qırılıb, başı yarılıb, çənəsində və boynunda əl izləri var. Güman edirik ki, qəsdlə vurublar. Ona dəfələrlə siyasi fəaliyyətdən əl çəkməsi ilə bağlı xəbərdarlıq olunmuşdu. Özü danışa bilmədiyinə görə, ətraflı məlumatımız yoxdur. Polisdən gəldilər, adını, soyadını götürüb getdilər. Başqa heç nə demədilər».

BEYNİ SİLKƏLƏNİB

Hidayət Vəliyev fikirləşir ki, qardaşı siyasi sifarişin qurbanı olub.

Babək rayon Xəstəxanasının həkimi Elman Əliyev də Sabir Vəliyevin ikinci dərəcəli beyin silkələnməsi aldığını bildirir:

«Xəsarət yerlərindən bəlli olur ki, əllə, yumruqla vurulub. Sol çənəsindən vurulub. Başında da ağır zədə var. İkinci dərəcəli beyin silkələnməsidir. Təcili xəstəxanaya köçürülməlidir».

Babək RPİ-ni rəis müavini Novruz Rüstəmov isə bu haqda məlumatsız olduqlarını bildirdi.

Sabir Vəliyevi cəmi 20 gün idi ki, Müsavat Partiyası Naxçıvan təşkilatına sədr seçilmişdi.

Şərhləri göstər

XS
SM
MD
LG