Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:52

«Kür» zəlzələyə görə ayrılan vəsaitin səmərəli xərclənmədiyindən şübhələnir


Martın 14-də «Kür» Vətəndaş Cəmiyyəti Qərargahı «Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələ ilə bağlı görülən işlər; mövcud problemlər, qarşıda duran vəzifələr» adlı hesabatını açıqlayıb.

Hesabatda deyilir ki, bölgədə 5059 qəzalı evdən 3545 evin tikintisinə başlanıb. Qalan 1514 qəzalı evdən 1509-nun tikintisinə göstəriş verilib.

Bu ilin yanvarında zəlzələnin nəticələrinin ləğvi üzrə 340 229,7 min manat vəsait xərclənib. Bu vəsait evlərin, məktəblərin tikintisinə, layihə, ekspertiza işlərinə, kompensasiya, mal və avadanlıqların alınmasına və dəmir karkaslı evlərin alınmasına sərf olunub.

Zəlzələ ilə bağlı ötən il ayrılan 320 milyon manatdan əlavə 20 milyon manat da xərclənib. 20 milyon manatın hansı mənbə hesabına xərcləndiyi Fövqəladə Hallar Nazirliyinin «Kür»ə verdiyi cavabda göstərilməyib.

Hesabatda deyilir ki, ayrılan vəsaitlərin hamısı xərclənsə də nəzərdə tutulan işlərin böyük hissəsi qalır:

«Yəqin ki, FHN işlərin davam etdirilməsi və tamamlanması üçün dövlət büdcəsindən yenə vəsait istəyəcək. Amma ayrılan vəsaitlə yerli şərait və tələblərə, eyni zamanda beynəlxalq təcrübəyə uyğun olaraq (məsələn, Türkiyənin Van təcrübəsi) Qax-Zaqatala zəlzələsinin nəticələrini əsasən aradan qaldırmaq mümkün idi. Təbii ki, 320 milyon manatla bu işlərin görülməməsi, başa çatmaması və dövlət büdcəsindən əlavə vəsaitin tələb olunması ayrılmış vəsaitlərin səmərəli və təyinatı üzrə xərclənməməsinə dair şübhələrə yol açır».
XS
SM
MD
LG