Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:26
Yeni Roma papası Francis pontifik kimi ilk gününə başlayıb, kilsədə dua edib.

Papa həmçinin bu gün Sikstin kopellasında kardinallar kolleqiyası ilə görüşəcək.

76 yaşlı argentinalı kardinal Xorxe Mario Berqolo dünən yeni Roma papası seçildi.
O özünə Francis adını götürüb.

Bu Latın Amerikasından və yezuit olan ilk Roma papasıdır.

O bundan əvvəl kardinal kimi karyerasının bütün hissəsini Argentinada keçirib.

Yeni papa 1936-cı il dekabrın 17-də anadan olub.
Kimya texniki ixtisası üzrə diplom alıb. Bundan sonra rahib olmağı seçib və 2001-ci ildə kardinal olub.

Argentinada bu xəbər böyük sevinc, şadyanalıqla qarşılanıb, insanlar küçələrə axışıb.
Xose Andres adlı sakinin dedikləri.

Papa Fransisk bu vəzifədə XVI Benedikdi əvəz edəcək.
XVI Benedikt səhətinə görə istefa verib və fevralın 28-də bu postu tərk edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG