Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:45
-

Katolik aləminin 266-cı Papası argentinalı Kardinal Jorge Mario Bergoglio oldu.

Seçkidən əvvəl əsas namizədlər arasında göstərilməyən Kardinal Bergoglio özünə «Papa Francis» adını götürdü.

16-cı Benediсt-in fevralın 28-də vəzifəsindən getməsi ilə boş qalan Papalıq vəzifəsinə 76 yaşlı Kardinal Bergoglio gəldi.

«Papa Francis» vəzifəsinə müasir dövrdə Avropa xaricindən gələn ilk Papa oldu. Katolik Kilsəsinin başçısı kimi o, ilk Latın Amerikalıdır.

Papa seçilməmişdən əvvəl Kardinal Bergoglio karyerasının bütün hissəsini Argentinada keçirib.

Katolik dünyasının yeni lideri 2001-ci ildə Argentinadakı dispanserlərin birində 12 AİDS xəstəsinin ayaqlarını yuyub öpməsi ilə də xatırlanır.

Yeni Papa dindarları salamlayır

Yeni Papa dindarları salamlayır

O, aborta, eyni cinsdən olanların ailə qurmasına və eftanaziyaya qarşı çıxır. Onun adı 1970-ci illərdə Argentinada xunta rejimi ilə yaxşı əlaqələrinin olmasında da hallanır. Ancaq bununla bağlı heç bir fakt olmayıb.

Onun Vatikandakı tarixi balkon çıxışında «məni dünyanın o başından gətirdilər» zarafatı xalqın gülüşünə səbəb olub.

Yeni Papa vəzifə maşınından istifadə etmir. Metroya minir. İtaliyanın Piemonte bölgəsindən Argentinaya köçən italyan ailəsindəndir. 1936-cı il dekabrın 17-də anadan olub. Kimya texniki ixtisası üzrə diplom alıb. Bundan sonra rahib olmağı seçib. 2001-ci ildə kardinal olub.

Papa Francis həm də futbol azarkeşidir. Elə onu ilk təbrik edən də məşhur futbolçu Maradona olub. Maradona yeni Papanı «argentinalıların qüruru» adlandırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG