Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:55
-

AVTOBUS SƏRNİŞİNLƏRİ İZLƏNƏCƏK

«Bizim yol» qəzeti yazır ki, tezliklə Bakıda marşrutlara kameralar quraşdırılacaq.

«Məqsəd həm sürücünün, həm də sərnişinlərin yol boyu davranışlarını izləməkdir». Hələlik sınaq variantı olaraq kameralar 136 saylı marşrut avtobusuna tətbiq edilib. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bununla bağlı jurnalistlərə deyib ki, kameranın biri sürücü, digəri isə sərnişin üçündür:

«Sərnişinlər həmin monitordan avtobusun hərəkət sxeminə nəzarət edirlər, eyni zamanda, avtobus daxilində sərnişinin özünə intellektual mərkəzdən nəzarət edilir. Bunu həm də sırf təhlükəsizlik kamerası adlandırmaq olar».

SAHİBKARLAR MƏHKƏMƏ QAPILARINDA

«Azadlıq» qəzeti yazır ki, «28 May» metro stansiyasındakı ticarətçilər pozulmuş hüquqlarına çarə axtarırlar. Qəzet yazır ki, həmi ünvanda sahibkarlar 1987-ci ildən 1997-ci ilədək Bakı şəhər icra hakimiyyətinə məxsus idarələrlə, 1997-ci il tarixdən 2001-ci il tarixədək isə Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında olan icarə müqavilələri əsasında ticarət fəaliyyəti ilə məşğul olublar:

«Ancaq 2001-ci ildən yeraltı keçid 7 il ərzində təmirə bağlandıqdan sonra sahibkarlarla aralarında olan müqavilələr hələ müddəti bitməmiş dayandırılıb». Qəzet yazır ki, bundan sonra sahibkarlar məhkəmə qapılarında qalıblar.

QATAR VƏ AVTOBUSLARDA BİLET QITLIĞI YARANIB

«Yeni Müsavat» qəzeti yazır ki, taksilər də gediş haqqını artırıb. «Bayramqabağı avtovağzaldakı və dəmiryol vağzalında bilet qıtlığıdır. Artıq 10 gün qabaqdan satılmağa başlayan biletlərdən demək olar ki, əsər-əlamət qalmamışdı. Vəziyyətdən istifadə edən işbazlar isə əvvəldən aldıqları biletləri kassadan kənarda baha qiymətə satmağa başlayıblar. Avtobus sürücülərindən yer almaq isə kassada satılan biletin qiymətindən bahadır. Məsələn, kassada Şəkiyə 6 manat 50 qəpiyə satılan bileti sürücülər 7 manata təklif edirdilər.

Dəmiryol vağzalında da eyni vəziyyət idi. Bayrama hələ bir neçə gün qalsa da artıq dəmiryolu vağzalının kassalarında da bilet tapmaq mümkün deyildi. Kassadan əməkdaşımıza bildirildi ki, qarşıdakı günlərdə qatarlara əlavə vaqonlar qoşulacaq. Bundan sonra bilet problemi də tədricən öz həllini tapacaq».

ANTİAZƏRBAYCANÇI DAİRƏLƏRİN HƏR BIR MƏKRLİ PLANI PUÇ OLACAQ

«Azərbaycan» qəzeti yazır ki, «məkrli niyyətlərinin gerçəkləşmədiyini görən antiazərbaycançı dairələr hər cür vasitələrə əl atırlar. İndi də əsgər ölümünə etiraz etmək adı ilə insanları qanunsuz aksiyalara çağırır, ölkədə xaos yaratmağa cəhd göstərirlər. Lakin antiazərbaycançı dairələrin sifarişlərini yerinə yetirən dağıdıcı müxalifət belə hadisələri siyasiləşdirməyə, bundan öz maraqları naminə istifadə etməyə çalışır.

Onların martın 10-da Bakının mərkəzində keçirməyə cəhd etdikləri aksiya da bunu təsdiqlədi. Həmin aksiya ilə orduya və dövlətə qarşı məkrli kampaniya həyata keçirmək cəhdi xaricdən maliyyələşən, erməni lobbisinin və antiazərbaycançı şəbəkənin maraqlarına xidmət edən dağıdıcı müxalifət partiyalarının təxribatçılıq fəaliyyətindən və özlərinin çirkin siyasi məqsədlərini reallaşdırmaq niyyətindən başqa bir şey deyildi».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG