Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:28

Gəncədə güclü külək yaşayış evinin divarını aşırıb


Gəncədə küləyin fəsadları

Gəncədə küləyin fəsadları

-

Ötən gün axşam Gəncədə əsən güclü külək yaşayış evinin divarını aşırıb. Divar avtomobilin üstünə düşüb.

Gəncə şəhər Elektrik Şəbəkəsinin direktoru Əhməd Musayevin verdiyi məlumata görə, külək şəhərin bir neçə istiqamətində 6 kilovoltluq elektrik naqillərinin qırılmasına da səbəb olub.

Martın 13-ü axşam şəhərdə 3 minə yaxın abonent işıqsız qalıb.

Gecə saatlarında enerji bərpa edilib.

Bundan başqa bir sıra küçələrdə ağaclar qırılaraq, avtomobil yollarını da bağlayıb.

Küləyin surətinin saniyədə 32-34 metr olduğu bildirilir.


























XS
SM
MD
LG