Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:01
-

Almaniyanın «Bavariya» komandası İngiltərənin «Arsenal» klubuna 0:2 hesabı ilə məğlub olub.

Qolları 3-cü dəqiqədə Olivier Giroud və 85-ci dəqiqədə Koscielny vurub. Ancaq «Bavariya» səfərdə 3 qol vurduğu üçün mərhələni adlayıb. İlk oyunda «Bavariya» 3:1 hesabı ilə qalib gəlmişdi.

Bununla da Çempionlar Liqasının 1/4 finalına İngiltərənin heç bir komandası çıxmayıb.

İspaniyanın «Malaga» komandası isə Portuqaliyanın «Porto» komandasına 2:0 qalib gəlib. Qolları 43-cü dəqiqədə İsco və 77-ci dəqiqədə Santa Cruz vurub. İlk oyunda «Malaga» 0:1 hesabı ilə məğlub olmuşdu.

Bununla da növbəti mərhələyə çıxan komandalar bunlardır: - «Borrusiya» Dortmund (Almaniya), «Real» Madrid (İspaniya), «Juventus» (İtaliya), «PSG» (Fransa), «Galatasaray» (Türkiyə), «Barcelona» (İspaniya), «Bayer» Münhen (Almaniya) və «Malaga» (İspaniya).

Növbəti qarşılaşmalar üçün püşkatma martın 15-də İsveçrənin Nyon şəhərində keçiriləcək. İlk qarşılaşmalar aprelin 2-3-də, ikinci oyunlar isə aprelin 9-10-da baş tutacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG