Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:35

Pakistanda partlayış törətməkdə şübhəli bilinən bir qrup gənc həbs edilib


Pakistan polisi Kvetta şəhərində partlayıcı quraşdırmaqda şübhəli bilinən bir qrup gənci həbs edib.

Bu barədə polis rəisi keçirdiyi mətbuat konfransında məlumat verib və onların kimliyini açıqlayıb.
Polis onların ekstremist qruplardan biri tərəfindən ələ alınan kasıb ailələrin uşaqları olduğunu deyir.

Polisin məlumatına görə, onların bəziləri yanvarın 10-da sərhəd qoşunlarına məxsus maşının partladılmasında əlləri olduqlarını etiraf ediblər.

Bu partlayış nəticəsində 2 əsgər ölüb, 9 mülki sakin yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG