Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:00

Məşhur roman Azərbaycan dilində!


-

"Qanun" nəşriyyatı görkəmli İtaliya yazıçısı Dino Bussatinin ilk romanı olan “Tatar çölü”nü Azərbaycan dilində çap edib.

Dünya ədəbiyyatının şedevrlərindən sayılan romanı Aslan Quliyev çevirib.

Bastiani qalasında sıxıntılı günlər keçirən, əv­vəlcə heç bir gün də qalmaq istəməyən gənc leytenant Covanni Droqo burada ancaq dörd ay qala biləcəyinə qərar verir. Amma yaşadığı o dörd ayın hadisələri, hərbçi qüruru və Tatar çölünün vəhşi cazibəsi ayları illərə çevirir.

“…Qalanın qoruyucu məntəqələrindəki üzücü həyat, ölgün şimal çölünü nəzərdən keçirməsi, həyatda uğur qazana bilmədiyinə görə ümidsizliyə qapılması, uzun illər gözləməsi ona boş bir şey kimi gəldi…”

Roman həyatın mənasına və insanın taleyə boyun əyməsinə tamam başqa yönümdən nəzər salır.

Günün bütün mövzuları

XS
SM
MD
LG