Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:05

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini tənqid edib


Foto arxiv

Foto arxiv

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini kütləvi informasiya vasitələrinin təqib edilməsinə son qoyma çağırıb.

Təşkilatın icraçı direkotoru Joel Simon Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı da daxil olmaqla ölkədə bir neçə müstəqil jurnalistin həbsə atılmasını tənqid edib.

Qeyd edək ki, Əvəz Zeynallı çərşənbə axşamı şantaj yolu ilə pul qopartmaq ittihamı ilə 9 il azadlıqdan məhrum edilib.
Amma jurnalist bunun sırf peşə failiyyəti ilə bağlı olduğunu deyir.

Təşkilat həmçinin Azərbaycan məhkəmələrini jurnalistlərə hücumları araşdırmamaq və müstəqil kütləvi informasiya vasitələrini böhtan ittihamı ilə böyük məbləğdə cərimələməkdə tənqid edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG