Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:52

«Vasif Talıbovun həyata keçirdiyi islahatların alternativsizliyi…»


Vasif Talıbov

Vasif Talıbov

-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı» - 13 mart 2013

DÖVLƏT SOSİAL SIĞORTA SİSTEMİNDƏ FƏRDİ UÇOTUN İNKİŞAFI VƏ TƏTBİQİ İSTİQAMƏTİNDƏ HƏYATA KEÇİRİLƏN TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir

Azərbaycanın sosial-iqtisadi inkişafının və müstəqil dövlət quruculuğunun əsası ötən əsrin 70-ci illərində qoyulduğundan iqtisadiyyatın gücləndirilməsi hesabına xalqın sosial rifahının yaxşılaşdırılması da həmin dövrdən etibarən başlanmışdır.

Hakimiyyətə gəldiyi ilk günlərdən ulu öndər Heydər Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi kimi elan olunmuşdur. «Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim», deyən görkəmli dövlət xadimi Heydər Əliyev sovet dönəmindəki fəaliyyətinə qısa xarakteristika verməklə yanaşı, zamanın bütün anları üçün özünün dəyişməz üslubunu ortaya qoymuşdur.

…Naxçıvan Muxtar Respublikası Ali Məclisində ötən ilin fevral ayında keçirilən tikinti sektorunda əməyin təşkili, təhlükəsizlik qaydalarına riayət olunması və muxtar respublikada yanacaq ehtiyatının yaradılması məsələlərinə həsr olunmuş müşavirədə Dövlət Sosial Müdafiə Fonduna da bir sıra tapşırıqlar verilmişdir.

…Azərbaycanın sığorta-pensiya modelinin uğurlu nəticələri ümummilli liderimiz Heydər Əliyevin sosial müdafiənin yenidən qurulması strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun həyata keçirdiyi islahatların nə qədər düzgün və alternativsiz olduğunu təsdiqləyir.

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN

Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar muxtar respublikada həyata keçirilən tədbirlər davam etdirilir. Dahi şəxsiyyətin həyatı və siyasi fəaliyyətini məktəblilərə aşılamaq məqsədilə təhsil ocaqları da bu işdə fəallıq göstərirlər.

Culfa Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında «Heydər Əliyev və Azərbaycan» mövzusunda inşa yazı müsabiqəsinin ikinci turuna yekun vurulub. Məktəblilər yazdıqları inşalarda ulu öndərin hər bir azərbaycanlı üçün örnək olan həyat və fəaliyyətini, dahi rəhbərin Azərbaycan üçün etdiklərini özlərinə məxsus ifadə tərzi ilə qələmə alıblar.

Ümummilli liderin Azərbaycanda təhsilin inkişafı, gənclərin intellektual və savadlı yetişməsi, onların dövlətçiliyimizə və müstəqilliyimizə sədaqət ruhunda böyümələri üçün həyata keçirdiyi tədbirlər barədə şagirdlərin fikirləri inşalarda əksini tapıb.

Müsabiqəyə təqdim olunmuş 28 yazı işinə münsiflər heyəti tərəfindən verilən rəyə əsasən, Əbrəqunus kənd tam orta məktəbinin X sinif şagirdi Gültən Əlizadə I, Saltaq kənd tam orta məktəbinin XI sinif şagirdi Mətin Qasımov II, Culfa şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Arzu Fətəliyeva üçüncü yerlərə layiq görülüblər. Dizə kənd tam orta məktəbinin X sinif şagirdi Pəri Hüseyn¬ovanın yazı işi həvəsləndirici yerlə qiymətləndirilib.

I-III yerlərin sahiblərinə Təhsil Şöbəsi tərəfindən diplomlar verilib. Onlar muxtar respublika turuna vəsiqə qazanıblar.
XS
SM
MD
LG