Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:12

Emin Milli Çexiyanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbərilə görüşüb


Emin Milli və Vaslav Kubata

Emin Milli və Vaslav Kubata

-

Azərbaycanlı yazar, ictimai fəal Emin Milli Praqada çexiyalı millət vəkili, bu ölkənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Vaslav Kubata ilə görüşüb.

Emin Millinin Azadlıq Radiosuna verdiyi məlumata görə, görüşdə Azərbaycandakı demokratik hərəkatla Çex Respublikası arasında əlaqələrin genişlənməsi müzakirə edilib:

“Cənab Kubata bildirdi ki, Çexiya Avropanın qonşuluğundakı ölkələrdə, o cümlədən Azərbaycanda sabitlik və inkişafda maraqlıdır.

Görüş zamanı mən cənab Kubataya məlumat verdim ki, İlham Əliyev Azərbaycanda sabitliyin qarantından xaos və qeyri-stabilliyin sponsoruna çevrilib.

O, bütün siyasi məkanları müxalif düşüncəli insanların üzünə qapadıb. Azərbaycan parlamentində müxalifət təmsilçisi yoxdur.

Müxalifət liderlərindən biri – İlqar Məmmədov həbs edilib. Digər müxalifət lideri Əli Kərimliyə passport verilmir, başqa bir müxalifət lideri – İsa Qəmbərin bölgələrə səfəri qadağan edilib.

Hakimiyyət QHT-lərin maliyyələşməsini məhdudlaşdıran repressiv qanunlar qəbul edilib.

İnsanların dinc nümayişlərdə iştirak hüququ pozulur”.

Emin Millinin bildirdiyinə görə, o görüşdə repressiv siyasətin son 1 ildə Azərbaycanda iki rayonda insanların ayağa qalxması ilə nəticələndiyini, həmin rayon rəhbərlərinin evinin qəzəbli kütlə tərəfindən yandırıldığını çexiyalı deputatin diqqətinə çatdırıb.

“Mən öz qəti əminliyimi bildirdim ki, Əliyev hakimiyyətdən salınandan sonra Azərbaycanda sabitlik və inkişafın qarantı məhz birləşmiş müxalifət hərəkatı olacaq. Mən cənab Kubataya öz dərin minnətdarlığımı bildirdim ki, Çexiyanın xarici işlər naziri Karel Shwarzenberg bir neçə gün qabaq Azərbaycandakı rejimi “ölkəni uzun müddətdən bəri əzən sərt ailə diktaturası” adlandırıb. Cənab Shwarzenberg Avropa Birliyində ilk yüksək vəzifəli siyasətçidir ki, həqiqəti olduğu kimi dilə gətirib.” – deyə E.Milli bildirib.

Qeyd edək ki, Çexiya nümayəndə heyəti bir müddət əvvəl AŞ PA-da Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatının əleyhinə (5 nəfər əleyhinə, 1 nəfər bitərəf) səs vermişdi.

E.Millinin Azadlıq Radiosuna verdiyi geniş müsahibəni tezliklə saytımızda oxuyun.

Günün bütün mövzuları

XS
SM
MD
LG