Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:23

Prokurorluq çirkab suların təmizlənməsində dövlət pulunun mənimsəndiyini deyir


Arxiv foto.
Arxiv foto.
-

Baş prokuror yanında Korrupsiya ilə Mübarizə İdarəsi Ekologiya Nazirliyində korrupsiya aşkar etdiyini bildirir. İdarədən martın 12-də yayılan rəsmi məlumatda qeyd edilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzində çirkab sutəmizləyici qurğuların cari təmirinə qanunsuz olaraq 260 min manatın rəsmiləşdirilərək silindiyi aşğar edilib:

“Eyni zamanda anbarda 65.0 min manat məbləğində mal-material çatışmazlığı aşkar edilib.

Bundan başqa, 2012-ci ilin dekabrında mərkəzin sutəmizləyici qurğularında təmir üçün «Exiles STS» MMC ilə 126 min manat dəyərində müqavilə imzalanıb. Amma sonradan işlərin dəyəri süni olaraq 101 min manat artırılıb, ümumilikdə işlərin həcminin süni surətdə artırılması nəticəsində 183 min manat büdcə vəsaitinin mənimsənildiyi müəyyən olunub.”

Prokurorluq bu qeyd olunanlarla bağlı Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlandığını bildirir.

Bu ittihamlar sübut olunsa, Ekologiya Nazirliyinin bu işdə cavabdeh rəsmiləri 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla, yaxud olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər.

Amma bunlar hələlik yalnız Respublika prokurorluğunun rəsmi məlumatında qeyd olunan iddialardır. Hələlik Ekologiya və Təbii Sərvətlər nazirliyinin bu hadisə ilə bağlı hər hansı fikri səslənməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG