Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:47

Daxili İşlər Nazirliyi bu il müşahidə kameralarına 9 milyon manatdan çox pul xərcləyəcək


Arxiv foto.

Arxiv foto.

-

Daxili İşlər Nazirliyi öz saytında 2013-cü ildə nazirliyin saxlanması üçün bəzi texniki xərclərin siyahısını yayıb. Həmin siyahıya görə bu il nazirlik əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə "Təhlükəsiz şəhər avtomatlaşdırılmış idarəetmə sistemi"nin genişləndirilməsinə 5 milyon manat xərcləyəcək.

Bundan başqa, polis Bakı və Sumqayıtda əlavə olaraq videomüşahidə kameralarının, "Nömrətanıma", "Qırmızı işıq", "Surətölçmə" və "Qoşa xətt" sistemlərinin quraşdırılmasına 3.5 milyon, Gəncədə videomüşahidə kameralarının quraşdırılmasına 800 min manat xərcləyəcək.

Daxili İşlər Nazirliyi ümumilikdə video müşahidə qurğularına bu il 9 milyon manatdan çox pul yönəldəcək.

Siyahıda ikinci yeri polis maşınlarının yanacağı və sürkü materialları tutur - 6 837 759 manat.

Nazirliyin saxlanmasına xərclənəcək başqa xərclərin siyahısını buradan oxu.
XS
SM
MD
LG