Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:44

Ekologiya və Təbi Sərvətlər nazirliyində mənimsəmə aşkarlanıb


Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Ekologiya və Təbii Sərvətlər nazirliyinin bir mərkəzində 400 min manatdan çox büdcə vəsaitlərinin mənimsənildiyi barədə məlumat yayıb.

Məlumatda mənimsəmənin nazirliyin Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzində üzə çıxdığı qeyd edilir.

Bildirilir ki, çirkab sutəmizləyici qurğuların təmirinə qanunsuz olaraq 260 min manat məbləğində vəsait rəsmiləşdirilərək silinib. Yoxlama zamanı sözü gedən mərkəzdə 65 min manat mal-material çatışmazlığının da aşkarlandığı qeyd edilir.

Bundan başqa Baş Prokurorluğun məlumatında qeyd olunur ki, 2012-ci ilin dekabrında mərkəzin sutəmizləyici qurğularında təmir-tikinti işlərinin aparılması üçün ayrılan 265 min manat vəsaitin də 183 min manatı mənimsənilib.

Faktla bağlı Cinayət Məcəlləsinin mənimsəmə, israfetmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG