Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:20

Aztəminatlı insanlar ödənişsiz hüquqi yardım alacaq



Azərbaycanda aztəminatlı insanlar ödənişsiz və davamlı hüquqi yardım ala biləcəklər. Bununla bağlı qanun layihəsi hazırlanıb.

Martın 13-də Azərbaycan Hüquqlar Konsorsiumunun və Azərbaycan Hüquq İslahatları Mərkəzinin birgə təşkilatçılığı ilə «Ödənişsiz hüquqi yardım haqqında» qanun layihəsinin ictimai müzakirəsi keçirilib.

Tədbirdə Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli imkansız insanlara hüquqi yardımın göstərilməsinin vacibliyindən danışıb:

«Azərbaycan Hüquqlar Konsorsiumu layihəsi çərçivəsində dörd rayonda davamlı hüquqi yardımın həyata keçirilməsi nəzərdə tutulub. Gələcəkdə bütün regionlarda bunu həyata keçirməyin mexanizmi hazırlanacaq».

Əli Hüseynli yardımı hansı qurumun həyata keçirəcəyinin hələ ki müəyyənləşdirilmədiyini də deyib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Demokratiya və İdarəçilik ofisinin direktoru Ronald Glass bildirib ki, illər keçdikcə Azərbaycanda hüquqi yardımın keyfiyyətinin yüksəlməsinin şahidi olub.

Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov isə ödənişsiz hüquqi yardım haqqında qanun layihəsinin hazırlanmasını zamanın tələbi kimi qiymətləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG