Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:45

Göyçayda saxta əsginas satan inkassatorun saxlandığı bildirilir


Arxiv foto: saxta pullar
Arxiv foto: saxta pullar

Martın 12-də Göyçay rayonunda saxta əsginas satan şəxsin saxlandığı bildirilir. Göyçay rayon polis idarəsinin verdiyi məlumata görə, Yevlax rayonunda Kapital bankın inkassatoru işləyən Mirdamət Zeynalov tutulub.

Buna səbəb onun Göyçay rayon sakini Ağamirzə Abışov adlı şəxsə 16. 300 manat məbləğində 50 manatlıq saxta əsginas satması olub.

A. Abışov Göyçay rayon polis şöbəsinə müraciət edərək bildirib ki, təyin olunmuş vaxtda Mirdamət Zeynalovdan saxta əsginaslar alacaq. Polis inkassatoru A. Abışovun müraciəti əsasında saxlayıb.

Faktla bağlı, Göyçay rayon polis şöbəsinin tədqiqat və istintaq idarəsi tərəfindən araşdırma aparılır.
XS
SM
MD
LG