Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:29
-

VİRTUAL MƏKANDAN TƏHLÜKƏ NARAHATLIĞI

«Yeni Müsavat» Facebook qorxusundan yazır. Qəzeti hakimiyyətyönlü deputat Fəzail Ağamalının Facebooka məhdudiyyətlər qoyulması ilə bağlı fikrinə toxunaraq yazır ki, deputatın dilindən səsləndirilən bu narahatlıq «hakim komandanın son etiraz aksiyasından sonra kulminasiya həddinə çatmış qorxusunu, təşvişini ifadə edir».

Qəzet sosial şəbəkələrdəki fəallığın səbəblərini belə izah edir:

«...bu gün Facebook-un siyasiləşməsinin əsas səbəbi məhz real həyatımızda olmayan azadlığın bu virtual məkanda olmasıdır».

«...POLİS ATAMA DEDİ Kİ, OĞLUN NARKOMANA OXŞAYIR»

«Azadlıq» qəzeti 10 mart aksiyasında iştirak edən etirazçı gənclərin təqib olunduğunu yazır.

Qəzetin yazdığına görə, «onların bəzilərinin evinə polis göndərilir, bir qismi isə polis idarələrinə çağırılaraq hədələnir».

NİDA üzvü Tural Şəkərli: «Bir dəfə çağırıb danladılar. İkinci dəfə çağıranda da dedilər ki, atanla birlikdə idarəyə gəlməlisən. Getdik, polis atama dedi ki, oğlun narkomana oxşayır. Dispanserdən analiz gətirməlisən. Mən də məcburam arayış aparam».

«...ETİRAZLARA SƏBƏB NƏ İNTRİQALARDIR, NƏ ƏSGƏR ÖLÜMÜ»

«2 milyona başa gəlsəydi, Rəsul Quliyev çoxdan inqilab etmişdi». Bunu «Bizim yol»a müsahibəsində siyasi şərhçi Rauf Mirqədirov deyib.

Şərhçiyə görə, «sosial-siyasi təlatümlərlə üzləşənə qədər biz hələ bir müddət təkyönlü yolla hərəkət edəcəyik».

Şərhçi son vaxtlar keçirilən davamlı aksiyaların səbəblərinə belə aydınlıq gətirir: «səbəb nə o intriqalar, nə əsgər ölümləridir, əsas səbəb cəmiyyətdə toplanan etiraz enerjisinin hərəkətə çevrilməsidir».

10 İLDƏ 300 FAİZ ARTIRAN İQTİSADİ İNKİŞAF

«Son 10 ildə biz iqtisadiyyatımızı 3 dəfə - yəni, 300 faiz artırmağa nail olmuşuq. Qarşıdakı 10 ildə biz dost ölkələrin təcrübəsindən istifadə etməklə, əlavə gəlir gətirən xidmət sahələrinə sərmayə cəlb etməklə iqtisadiyyatımızın qeyri-neft sahəsini 2 dəfə artırmağı planlaşdırırıq».

«Azərbaycan» qəzetində dərc olunan bu fikirlər prezident İlham Əliyevin Xorvatiyada etdiyi çıxışındandır.

«Xorvatiyanın istehlak etdiyi neftin 25 faizi və bəlkə də daha çox hissəsi Azərbaycandan gəlir. Əminəm ki, biz Avropaya qaz paylanması şəbəkəsini işləyib sona çatdırana qədər Xorvatiyanın qaz istehlakının təxminən yarısı Azərbaycandan gələn qaz hesabına ödəniləcək» deyə, İlham Əliyev bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG