Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:45

Çempionlar Liqası: «Galatasaray» və «Barcelona» 1/4 finalda


-
Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki cavab oyunu keçirilib.

«Schalke 04» klubu öz meydanında «Galatasaray»ı qəbul edib.

Fevralın 20-də komandalar arasında baş tutmuş oyun 1-1 hesabıyla bitmişdi.

İstanbul təmsilçisi növbəti mərhələyə keçmək üçün ya qələbə qazanmalı, ya da heç-heçə etməliydi.

Oyunda hesabı «Schalke 04» açıb: 1-0

37-ci dəqiqədə «Galatasaray» bərabərlik qolunu (H. Altintop) vurub.

İlk hissənin sonuncu dəqiqəsində daha bir qol vuran «Galatasaray» fasiləyə üstün yollanıb.

İkinci hissədə isə «Schalke 04» hesabı bərabərləşdirməyə nail olub.

Sonradan meydana daxil olan Umut Bulut «Galatasaray»a qələbə gətirən qolu vuraraq, 1/4 finala çıxıb.

«BARCELONA»NIN 4 CAVABSIZ QOLU...

1/8 final mərhələsinin digər oyunu isə İspaniyada keçirilib.

«Barcelona» öz meydanında «Milan»ı qəbul edib.

İlk görüşdə 0:2 hesabı ilə məğlub olan «Barcelona», öz meydanında bu məğlubiyyətin əvəzini 4 cavabsız qolla çıxaraq 1/4 finala yüksəlib.

Bundan əvvəl 1/4 final mərhələsinə vəsiqə qazanan «PSJ» (Fransa), «Yuventus» (İtaliya), «Borussiya» (Almaniya) və «Real Madrid»ə (İspaniya) «Qalatasaray» və «Barcelona» da qoşulub.

Son iki 1/4 finalçı martın 13-də keçirilən oyundan sonra bəlli olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG