Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:18

Monteneqronun paytaxtında Bakı küçəsi və Hüseyn Cavidin heykəli olacaq


Hüseyn Cavid
Hüseyn Cavid
Monteneqronun paytaxtı Podqoritsada mərkəzi küçələrdən birinə Bakı adı veriləcək.

Martın 12-də Azərbaycan prezidenti ilham Əliyevin Monteneqroya səfəri zamanı bu ölkənin Baş naziri Milo Dukanoviç ilə görüşü zamanı Podqoritsa meri deyib ki, artıq Bakı küçəsində təmir işləri yekunlaşır və küçəyə ad lövhələri yapışdırılır.

Mer həmçinin bildirib ki, paytaxtda Azərbaycanın dahi şairi hüseyn Cavidin heykəli qoyulacaq. Podqoritsa şəhər parlamentinin 2013-cü il fevralın 12-də qəbul edilmiş qərarına əsasən, Hüseyn Cavidin bürüncdən büstü hündürlüyü 1,6 metr olan ağ mərmər postamentin üzərində qoyulacaq.

Prezident İlham Əliyev bu gün Monteneqroda prezident və parlamentin sədri ilə də görüşüb.

Görüşdə tərəflər bildiriblər ki, iki ölkə arasında turizm, infrastruktur, nəqliyyat, bank sistemi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var və iqtisadi əlaqələrin bundan sonra da inkişafına əmindirlər.

Keçən ilin yayından Monteneqro hökumətinin mənzərəli Kumbor ərazisində 242 min kvadratmetr ərazini istirahət zonası yaratmaq üçün Azərbaycan Dövlət Neft Şirkətinə icarəyə verməyə hazırlaşması barədə xəbərlər dolaşır. Yerli müxalifət fəalları bu sövdələşməyə qarşı çıxırdılar. Hələlik bu kurort sahəsi ilə bağlı yekun saziş yoxdur.
XS
SM
MD
LG