Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:46

Əfqanıstanda 21 ton heroin tutulub


Əfqanıstan rəsmiləri təxminən 21 ton heroin və morfin tutduqlarını bildirirlər. Əfqanıstan rəsmiləri əməliyyatı Rusiyanın narkotiklərlə mübarizə üzrə federal xidmətinin vertolyotlarının dəstəyi ilə həyata keçirdiklərini bildirirlər.

Martın 12-də paytaxt Kabulda keçirdiyi mətbuat konfransında əməliyyata rəhbərlik edən general Abdul Khalil Bakhtiyar bildirib ki, əfqan komandoslar həmçinin qanunsuz narkotik maddələrin istehsalında istifadə olunan kimyəvi dərmanlar da müsadirə ediblər.

Onun sözlərinə görə aşkar olunan narkotik maddələr elə tutulduğu yerdə yandırılıb, eyni zamanda 6 laboratoriya məhv edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG