Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:36

Azərbaycan prezidenti Monteneqroda dövlət rəhbərləri ilə görüşüb


Azərbaycan prezidenti İlham Əliyev martın 12-də Monteneqroda Baş naziri Milo Dukanoviç ilə görüşüb. Görüşdə tərəflər bildiriblər ki, iki ölkə arasında turizm, infrastruktur, nəqliyyat, bank sistemi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var və iqtisadi əlaqələrin bundan sonra da inkişafına əmindirlər.
Görüşdə həmçinin Azərbaycanın Monteneqroya investisiya yatırması, ilkin mərhələdə həyata keçiriləcək investisiya layihələrinin önəmi diqqətə çatdırıldıb.

Azərbaycan prezidenti həmçinin Monteneqro parlamentinin sədri Ranko Krivokapiç-lə görüşüb.

Keçən ilin yayından Monteneqro hökumətinin mənzərəli Kumbor ərazisində 242 min kvadratmetr ərazini istirahət zonası yaratmaq üçün Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) icarəyə verməyə hazırlaşması barədə xəbərlər dolaşır. Yerli müxalifət fəalları bu sövdələşməyə qarşı çıxırdılar. Hələlik bu kurort sahəsi ilə bağlı yekun saziş yoxdur.
XS
SM
MD
LG