Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:45
-
ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar martın 10-da Bakıda keçirilən «Əsgər ölümlərinə son» aksiyasına münasibət bildirib.

Bəyanatda bildirilir ki, hüquq-mühafizə orqanları beynəlxalq standartlara zidd olaraq bir neçə gənc fəalı ittiham olunduqları cinayətləri etiraf etmələri üçün televiziya çıxarıb:

«Bundan başqa, polis dinc nümayiş iştirakçılarını dağıtmaq üçün su şırnağından və rezin güllələrdən istifadə edib. Nümayişçilərin bir qismi saxlanıb».

ABŞ səfiri vətəndaşlarla konstruktiv dialoqun qurulmasının vacibliyini qeyd edib:

«Mən Azərbaycanın dostuyam və ölkənin 1991-ci ildə öz müstəqilliyini yenidən əldə etdikdən bəri qazandığı nailiyyətlərə heyranlıqla yanaşıram. Hökumət dinc nümayişçilərin hüquqlarına hörmət etsə və qanuni ictimai narahatlıqları həll etmək üçün vətəndaşlarla konstruktiv dialoq qurarsa, Azərbaycan özünün böyük demokratik və iqtisadi potensialını gerçəkləşdirə bilər».

Martın 10-da «Fəvvarələr» meydanında gənclərin və vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə aksiya keçirilib. Aksiyada əsgər ölümlərinə etiraz bildirilib, Silahlı Qüvvələrdə qeyri-döyüş şəraitində ölüm hallarının qarşısının alınması tələb olunub. Aksiyaçılara qarşı güc tətbiq edilib. Bir sıra aksiya iştirakçıları cərimələnib, beş nəfərə isə inzibati həbs verilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG