Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:04

Azərbaycanda yeni radiostansiya açılacaq


Azərbaycanda yeni radiostansiyanın açılması üçün müsabiqə elan ediləcək.

Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, yeni radiostansiyanın açılması üçün müsabiqə bu ilin aprel-may aylarında elan olunacaq:

«Xarici ölkələrdə tıxac problemi ilə əlaqədar nəqliyyatla bağlı radiolar fəaliyyət göstərir. Azərbaycanda da nəqliyyatın idarəetmə sistemi ilə əlaqədar radio yaratmağı düşünürük. Artıq buna zərurət yaranıb. Bakıda maşınların sayı həddən artıq çoxalıb. Nəqliyyatın idarə edilməsi ilə bağlı belə radioya artıq ehtiyac var».

Yeni yaradılacaq radio təkcə Bakını deyil, bütün ölkəni əhatə edəcək: «Nəqliyyat sahəsində problemlər tək Bakıda deyil, başqa şəhərlərdə də ola bilər. Ona görə də yaradılacaq radiostansiya ümumrespublika yayımçısı olacaq».

Şura sədri deyib ki, Azərbaycanda 93.3 MHz işçi tezliyində Gəncə və ətraf əraziləri əhatə edəcək ilk regional radio da artıq fəaliyyətə başlayıb və ilk test yayımlarını edib. Yaxın zamanlarda radio tam fəaliyyətə başlayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG