Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:56

Təbrizdən Sabit Əndəbilinin lirik şeirlər toplusu gətirilib


Arxiv fotosu
Arxiv fotosu

MEA-nın Füzuli adına Əlyazmalar İnstitutu Təbriz Mərkəzi Kitabxanasından XIX əsrdə yaşamış Iran Azərbaycanının şairi Sabit Əndəbilinin lirik şeirlər toplusu divanının surətini əldə edib.

Xəbəri Əlyazmalar İnstitutunun saytı yayıb.

Xəbərdə deyilir ki, görkəmli alim Məhəmmədəli Tərbiyət «Danişməndani-Azərbaycan» əsərində məlumat verir ki, Sabit İran Azərbaycanının Rüdəqat mahalındakı kəndlərdən olan Əndəbildə doğulmuş, Təbrizdə yaşamışdır.

Əlyazmanın üzərindəki möhürdən görünür ki, əsər tədqiqatçı və kolleksiyaçı Hacı Məhəmməd ağa Naxçıvaniyə məxsus olub.

Divanda şairin fars və türk dillərində yazdığı 1500 beyt toplanıb.

Divanın farsca şeirlər bölümündə Şeyx Fəridəddin Əttarın, Sədi Şirvaninin, Fətəli şah Qacarın, Şah Nemətullahın, Nazim adlı şairin şeirləri var.

Buraya Sabitin Qacar hökmdarı Nəsrəddin şaha (hakimiyyət illəri: 1848-1896) həsr etdiyi şeir də daxil edilib.

Sabit Əndəbilinin Azərbaycan dilindəki şeirləri onun lirik mövzuda yazdığı qəzəllərdən, müəmmalardan, sinəzən və növhələrdən ibarətdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG