Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:52

266-cı Papa seçilir



Martın 12-də dünyanın 48 ölkəsindən olan 115 kardinal Roma Katolik Kilsəsində 266-cı Papanı seçirlər. Gizli səsvermə Bakı vaxtilə axşam saatlarında keçiriləcək. Qalib gəlmək üçün 77 kardinalın səsi lazımdır.

İtaliyadan Angelo Scola və Braziliyadan Odilo Scherer növbəti papa olmağa ən güclü namizədlər hesab edilir.

Səsvermənin gedişi bacadan çıxan tüstünün rəngi ilə cəmiyyətə bildirirlir. Ağ tüstü çıxması o deməkdir ki, yeni papa artıq seçilib. Qara tüstü isə hələlik vəziyyətin naməlum olduğunu göstərir. Səsvermə günlərlə də davam edə bilər.

Son 600 ildə ilk dəfə keçən ay Roma Papası istefa verib. Papa Benedict vəzifələrinin icrasına çətinlik çəkdiyini deyərək istefa verib.

Yeni papa kilsələrdə seks qalamaqalları və üzvlərin sayının azalması kimi problemlərin həll etməlidir.
XS
SM
MD
LG