Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:49

SimsizTeleqrafda yeddinci qalib: İnəyin fərasətinə bax...


Azər İsmayılov, 18 mart 2013
Azər İsmayılov, 18 mart 2013
-

SimsizTeleqraf müsabiqəsində ötən həftənin qalibi bu fərasətli inəyin videosunu çəkən müəllifdir. Videonu bizə Azər İsmayılov adlı internet istifadəçimiz göndərib.

O, qeyd edir ki, videonu keçən ilin yaz aylarında Ağstafa rayonunda yaşayan bir dostu çəkib. Dostu videonu ona göndərəndən sonra da o da görüntünü sosial şəbəkələrdə yerləşdirib. Bizim SimsizTeleqraf müsabiqəsini eşidəndə videonu müsabiqəyə də təqdim edib.

Videonun birbaşa bizim müsabiqəyə çəkilməyi əslində bir şərtdir. Amma görüntülərin olduqca orijinal olduğunu nəzərə alaraq müstəsna hal kimi münsiflər bu videonu qalib elan etməyi qərara aldılar.

Təəssüf ki, videonun əsl müəllifi anonim qalmağa üstünlük verir. Onun razılığı ilə hədiyyəni də Azər İsmayılova təqdim edəcəyik ki, müəllifə çatdırsın.

Qalibi təbrik edirik! Onun çəkdiyi videonu buradan izlə.
Kəndimizin ağıllı inəyi
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00
Direct-ə keçid



+++++++


«SimsizTeleqraf»da həftəlik müsabiqə davam edir.

Rastına çıxan qaynar hadisələri, maraqlı mənzərələri telefon, fotoaparat, videokamera və s. ilə çək bizə göndər, fotoaparat hədiyyən olsun.

Gecikmə, həftəyə yalnız bir qalib var, bir də fotoaparat!


Video və fotolarınızı müsabiqəyə göndərərkən, MÜTLƏQ E-MAİL ÜNVANINIZI, YAXUD TELEFONUNUZ da əlavə edin.
Biz bunları saytda istifadə etməyəcəyik. Amma qalib gələrsəniz, Sizinlə geri əlaqə saxlayıb videokameranızı təqdim edə bilməyimiz üçün e-mail, ya da telefonunuz lazım olacaq.

MÜSABİQƏ ÜÇÜN GÖNDƏRİLƏN BAŞQA FOTOLAR VƏ VİDEOLARLA BURADA TANIŞ OL.
XS
SM
MD
LG