Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:12
Daxili işlər naziri Ramil Usubov və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı qaldırdıqları iddia üzrə məhkəmə martın 18-nə ertələnib.

Bu barədə məlumatı qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev verib.

O bildirib ki, Yasamal rayon məhkəməsinin ilkin iclası martın 12-də saat 11:40-a təyin olunsa da, ertələnib. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun iddiasına isə bu gün 17:40-da baxılacaq.

Qənimət Zahidin hüquqlarını Media Hüququ İnstitutu qoruyur.

Nazirlərin baş redaktora qarşı qaldırdıqları iddiaya martın 1-də «Azadlıq» qəzetində dərc olunmuş «Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib» başlıqlı məqalə səbəb olub. Kəmaləddin Heydərov baş redaktorun, Ramil Usubov isə həm baş redaktorun, həm də məqalə müəllifinin məsuliyyətə cəlb olunmasını istəyir.

Martın 12-də «Azadlıq» qəzeti Ramil Usubov və Kəmaləddin Heydərovdan üzr istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG