Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:01

«Azadlıq» qəzeti Ramil Usubov və Kəmaləddin Heydərovdan üzr istədi


«Azadlıq» qəzeti

«Azadlıq» qəzeti

Martın 12-də «Azadlıq» qəzeti Daxili İşlər naziri Ramil Usubov və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdan üzr istəyib. «Təkzib» rubrikası altında gedən üzrxahlıqda deyilir ki, qəzetin 1 mart sayında dərc olunmuş «Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib» yazısında qeyri-dəqiq ifadələrə yol verilib və nəticədə həqiqətə uyğun olmayan bir sıra məqamlar yer alıb:

«Bunu nəzərə alaraq yazını təkzib edir, oxuculardan və adı çəkilən məmurlardan üzrxahlıq edirik».

Ötən həftə Ramil Usubov və Kəmaləddin Heydərov «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidi məhkəməyə veriblər.

Yasamal Rayon Məhkəməsinə üz tutan nazirlər «Ramil Usubov Kəmaləddin Heydərova qəzəblənib» yazısına görə baş redaktorun Cinayət Məcəlləsinin 147-ci maddəsi (Böhtan) ilə məsuliyyətə cəlb olunmasını istəyirlər.

Həmin maddə yüz manatdan beş yüz manatadək miqdarda cərimə, iki yüz qırx saatadək müddətə ictimai işlər, iki ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlıqdan məhrumetmə kimi cəzaları nəzərdə tutur. /Mediaforum/

Günün bütün mövzuları

XS
SM
MD
LG