Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:38
Martın 11-i Goranboyun Muzdurlar kəndində aksiya olub.

Kənd sakinlərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, aksiyaya səbəb kəndin Bakı-Gəncə magistral yoluna çıxışının bağlanması idi.

«3-4 aydır ki, bizim kənddən magistrala çıxış bağlıdır. Bir ölümüz olanda qalırıq çıxılmaz vəziyyətdə ki, nə edək, qəbiristanlıq o biri tərəfdə yerləşir. Buna görə də aksiya etdik, o yolu bağladıq. İcra Hakimiyyətindən, polis idarəsindən gəldilər və dedilər ki, kömək edəcəyik».

Kənd sakinlərinin sözlərinə görə, artıq yolun kəndə açılması istiqamətində işlər gedir.
XS
SM
MD
LG