Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:50

Azərbaycanda ana və körpəsi doğuş zamanı ölüb


Azərbaycanda ana doğuş zamanı vəfat edib.

APA-nın məlumatına görə, hadisə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Zaqatala şəhər sakini, 1986-cı il təvəllüdlü Sadıyeva Rəşidə Məhəmməd qızı ötən gün ikinci doğuşla əlaqədar xəstəxananın doğum şöbəsinə daxil olub. Lakin doğuş tam başa çatmamış ana və uşaq vəfat edib. Mərhumun meyiti müayinə olunmaq üçün ekspertizaya göndərilib. Ölümün səbəbləri araşdırılır.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Zülfüqar Mahmudov hamilə qadının doğuş zamanı öldüyünü təsdiqləyib. Baş həkim qeyd edib ki, R. Sadıyeva hamiləliyi tam başa çatmamış, doğuşa 4 həftə qalmış xəstəxanaya daxil olub: «Xəstənin vəziyyəti yaxşı olmadığı üçün onu Bakıya göndərməyə qərar verdik. Qadın Bakıya gedərkən yolda reanimobildə dünyasını dəyişib».

Baş həkim həmçinin xəstənin ölümünün ilkin səbəblərini də açıqlayıb: «Xəstədə maye açılıb və o enbaliyadan dünyasını dəyişib».

Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG