Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:53

Parlamentdə əfvlə bağlı müraciətlərə baxılacaq


«Milli Məclisin deputatları vətəndaşlardan əfvlə bağlı müraciətlər alır və millət vəkillərinin vasitəsilə komissiyaya müraciət etmək istəyənlər olur», bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, müraciətlər baxılması üçün aidiyyatı üzrə komissiyaya göndərilib.

Vitse-spiker beləcə millət vəkillərinin də bu prosesə cəlb olunduğunu qeyd edib:

«Biz də maraqlıyıq ki, bizə müraciət edən şəxslərin uyğun gəldiyi təqdirdə əfv istiqamətindəki arzuları yerinə yetirilsin. Əlbəttə, mən istərdim ki, şərtlərə uyğun gələnlər Novruz bayramı ərəfəsində əfv olunsun. İstək öz yerində, amma bu Azərbaycan Prezidentinin səlahiyyətinə aid olan məsələdir», Muradova vurğulayıb.

Sonuncu dəfə Prezidenti İlham Əliyev 2012-ci il dekabrın 26-da məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı 87 nəfərə şamil olunmuşdu. Onlardan azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərdən 79-u cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 4 nəfər isə cərimə cəzasından azad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG