Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:33

Xorvatiya QHT-ləri siyasətçilərə müraciət edir ki, Azərbaycanda insan haqlarına diqqət yetirsinlər


Xorvatiyanın bir sıra yerli qeyri-hökumət təşkilatları siyasətçilərə, jurnalistlərə müraciət edib ki, Azərbaycanda insan haqlarının “həyəcanlı vəziyyətinə”, xüsusilə ifadə azadlığına diqqət yetirsinlər.

Sülh Araşdırmaları Mərkəzinin Zaqreb proqramının rəhbəri Sandra Bencic deyir: “Son 2-3 ildə Azərbaycanda çoxlu sayda insan tutulub, həbs olunub, həbsxanaya salınıb. Etirazlar təşkil etməyə və yaxud hakim elitanın fikrindən fərqli siyasi fikirlər söyləməyə görə çox böyük cəzalar verilir”.

Zaqreb İnsan Haqları Evinin direktorlar Şurasının sədri Sanja Sarnavka isə siyasətçilərə açıq məktub yazıb. Məktubda deyilir ki, Azərbaycan hakimiyyəti başqa ölkələrdəki layihələrə investisiya etməyə, hətta əvəzsiz pul verməyə hazırdır, təki Azərbaycandakı gündəlik insan haqları pozuntusuna göz yumulsun.
Məktubda Xorvatiya hakimiyyətinə xəbərdarlıq olunur ki, insan haqlarını pozan rejimlərlə iş birliyinə getməklə onlar həmin pozuntuların məsuliyyətini bölmüş olurlar.

Azərbaycan prezidenti İlham Əliyev Xorvatiyada səfərdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG