Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:45

10 mart aksiyasındakı qəribə bayraq


10 mart aksiyasındakı "qırmızı" bayrağın mənası...
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

10 mart aksiyası

-
Martın 10-da Bakıda «Əsgər ölümünə son!» tələbi ilə etiraz aksiya keçirildi.

Aksiyaya hər iki tərəf – həm polis, həm də iştirakçılar hazırlıqlı gəlmişdi. Bakıda son bir neçə ildə ilk dəfə idi ki, su şırnağı, rezin güllə və gözyaşardıcı qazdan istifadə olunurdu. Aksiyaya qatılanlar bir-birindən fərqli adamlardı...

...Onlardan biri əlində dinc şəraitdə ölən əsgərlərin fotolarını gəzdirə-gəzdirə, o fotoları kənardan izləyənlərə göstərə-göstərə «Fəvvarələr» Meydanını dolaşırdı.

... Bir qırmızı bayraq da diqqət çəkirdi. Onu görənlər «Bu, haranın bayrağıdır?» deyə suallı baxışlarını büruzə verirdilər.

Həmin bayrağı yaşı 50-ni ötmüş Qardaşxanbəy Əsədbəyli gəzdirirdi. Üzərində boz qurd və çərxi-fələk görüntüsü olan bu al bayrağın «açması»nı da özü dilə gətirir. Bildirir ki, qırmızı günəşin rəmzidir. Boz Qurd – azadlığın, azad olmaq istəyinin göstəricisidir:

«Bəziləri bunu türkçülüyə bağlayır, amma bu bayraqda bunu daha çox «azadlıq sevdası» kimi göstərmişik».

Çərxi-fələk təsviri isə günəşin enerjisi və boz qurdun azadlıq eşqi ətrafında dövretmə anlamını verir.

Qardaşxanbəy Əsədbəyli deyir ki, bu bayrağı 2000-ci ilin əvvəlində bir neçə dostu ilə birgə hazırlayıb.
XS
SM
MD
LG