Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 02:22

İlham Əliyev Zaqrebdə Xorvatiya parlamentinin sədri Leko ilə görüşüb


İlham Əliyev Xorvatiya parlamentinin sədri Josip Leko ilə görüşüb.

Xorvatiyanın HİNA agentliyinin məlumatına görə, Leko Azərbaycanla Xorvatiya arasında siyasi münasibətləri “əla” adlandırıb. Ancaq deyib ki, iqtisadi əlaqələr “kifayət” deyil.

O bildirib ki, bu il Milli Məclis sədrinin dəvəti ilə Azərbaycana səfər etməlidir.

İlham Əliyev isə cavabında deyib ki, Azərbaycan Xorvatiyanın əsas neft təchizatçılarından biridir və ümid edir ki, Xorvatiya Azərbaycanı Avropa Birliyi ilə birləşdirəcək qaz kəmərinə qoşulacaq.

Leko və Əliyev onu da razılaşdırıblar ki, Xorvatiya Azərbaycan vətəndaşları üçün viza məsələsini yoluna qoymağın yolunu tapacaq və bu da iqtisadi əlaqələrə kömək edəcək.
XS
SM
MD
LG