Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:06

İlham Əliyev Xorvatiyaya investisiyaları, viza məsələsini müzakirə edir


İlham Əliyev və İvo Josipoviç
İlham Əliyev və İvo Josipoviç
-
Azərbaycan prezidenti Xorvatiyada rəsmi səfərdədir. Prezident.az saytının məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevlə və Xorvatiya prezidenti İvo Josipovicin təkbətək görüşündə iki ölkə arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub.

Nəqliyyat, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, yeni layihələrin reallaşması planları müzakirə olunub.

İlham Əliyev bildirdib ki, Azərbaycan hazırda bir çox ölkələrə investisiya qoyur və Xorvatiya ilə investisiya məsələsində də əməkdaşlıq etmək arzusundadır. O, əlavə edib ki, Avropanın enerji təhlükəsizliyində mühüm rolu olan Azərbaycanın Xorvatiya ilə əməkdaşlığının genişləndirilməsi əhəmiyyətlidir.

Xorvatiya prezidenti iqtisadi sahədə əlaqələrin inkişafı üçün yaxşı potensial olduğunu enerji, mədəniyyət, turizm və digər sahələrdə münasibətlərin genişləndirilməsinin vacibliyini bildirib.

İvo Josipovic Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin Xorvatiya tərəfindən dəstəkləndiyini vurğulayıb.

Daha sonra İlham Əliyev Xorvatiya parlamentinin sədri Josip Leko ilə görüşüb.
Xorvatiyanın HİNA agentliyinin məlumatına görə, Leko Azərbaycanla Xorvatiya arasında siyasi münasibətləri “əla” adlandırıb. Ancaq deyib ki, iqtisadi əlaqələr “kifayət” deyil.

O bildirib ki, bu il Milli Məclis sədrinin dəvəti ilə Azərbaycana səfər etməlidir.
İlham Əliyev isə cavabında deyib ki, Azərbaycan Xorvatiyanın əsas neft təchizatçılarından biridir və ümid edir ki, Xorvatiya Azərbaycanı Avropa Birliyi ilə birləşdirəcək qaz kəmərinə qoşulacaq.

Leko və Əliyev onu da razılaşdırıblar ki, Xorvatiya Azərbaycan vətəndaşları üçün viza məsələsini yoluna qoymağın yolunu tapacaq və bu da iqtisadi əlaqələrə kömək edəcək.

QHT-LƏR ETİRAZ EDİR

Bir sıra yerli qeyri-hökumət təşkilatları isə siyasətçilərə, jurnalistlərə müraciət edib ki, Azərbaycanda insan haqlarının “həyəcanlı vəziyyətinə”, xüsusilə ifadə azadlığına diqqət yetirsinlər.

Sülh Araşdırmaları Mərkəzinin Zaqreb proqramının rəhbəri Sandra Bencic deyir: “Son 2-3 ildə Azərbaycanda çoxlu sayda insan tutulub, həbs olunub, həbsxanaya salınıb. Etirazlar təşkil etməyə və yaxud hakim elitanın fikrindən fərqli siyasi fikirlər söyləməyə görə çox böyük cəzalar verilir”.

Zaqreb İnsan Haqları Evinin direktorlar Şurasının sədri Sanja Sarnavka isə siyasətçilərə açıq məktub yazıb.

Məktubda deyilir ki, Azərbaycan hakimiyyəti başqa ölkələrdəki layihələrə investisiya etməyə, hətta əvəzsiz pul verməyə hazırdır, təki Azərbaycandakı gündəlik insan haqları pozuntusuna göz yumulsun.

Məktubda Xorvatiya hakimiyyətinə xəbərdarlıq olunur ki, insan haqlarını pozan rejimlərlə iş birliyinə getməklə onlar həmin pozuntuların məsuliyyətini bölmüş olurlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG