Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:42

Azərbaycan prezidenti Zaqrebdə Xorvatiya prezidenti ilə görüşüb


Azərbaycan prezidenti Xorvatiyada rəsmi səfərdədir
Prezident.az saytının məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevlə və Xorvatiya Prezidenti İvo Yosipovichin təkbətək görüşündə iki ölkə arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub.

Nəqliyyat, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, yeni layihələrin reallaşması planları müzakirə olunub.

İlham Əliyev bildirdib ki, Azərbaycan hazırda bir çox ölkələrə investisiya qoyur və Xorvatiya ilə investisiya məsələsində də əməkdaşlıq etmək arzusundadır. O, əlavə edib ki, Avropanın enerji təhlükəsizliyində mühüm rolu olan Azərbaycanın Xorvatiya ilə əməkdaşlığının genişləndirilməsi əhəmiyyətlidir.

Xorvatiya prezidenti iqtisadi sahədə əlaqələrin inkişafı üçün yaxşı potensial olduğunu enerji, mədəniyyət, turizm və digər sahələrdə münasibətlərin genişləndirilməsinin vacibliyini bildirib.
İvo Yosipoviç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin Xorvatiya tərəfindən dəstəkləndiyini vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG