Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:44

İrandan Pakistana qaz kəməri çəkilir


İran və Pakistan yeni qaz kəmərinin tikintisinin başlanğıcını təntənəli mərasimlə qeyd ediblər. Mərasimdə İran prezidenti Mahmud Ahmedinejad və Pakistan prezidenti Asif Ali Zardari iştirak ediblər.
780 km-lik qaz kəmərinin İran hissəsi demək olar ki, hazırdır. Pakistan hissəsi isə tikilməlidir.
Kəmər 2 ilə hazır olmalıdır.

Ancaq ABŞ-ın Pakistandakı səfirliyinin sözçüsü Rian Harris Azadlıq Radiosuna deyib ki, Pakistanın bu layihədə iştirakı Pakistana qarşı sanskiayalar gətirə bilər.
“ABŞ-ın İran siyasəti yaxşı məlumdur və dəyişməyib. Bu layihə başlanandan biz aydın çəkildə bildirmişik ki, BMT və ya ABŞ sanksiyaları altına düşə bilən hərəkətlərdən yayınma Pakistanın marağındadır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG