Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:35
-
Çexiyanın “Hospodarske noviny” qəzetinin vebsaytında redaktor Ondrej Soukupun “Neft Azərbaycana xarici hökumətləri korrupsiyalaşdırmağa imkan verir” başlıqlı bloq yazısı çıxıb.

Yazıda deyilir ki, azacıq irəliləyişlərə baxmayaraq Azərbaycanda seçkilər demokratik standartlara cavab vermir.

Bu yaxınlarda Çexiyada insan haqları üzrə beynəlxalq mükafat alan vəkil İntiqam Əliyevin sözlərinə görə, bununla belə, beynəlxalq təşkilatlar Azərbaycanda insan haqları fəallarına 7 il əvvəlki dəstəyi vermirlər: "Çünki Azərbaycan hakimiyyəti ilə münasibətləri korlamaq istəmirlər. Səbəb isə neftdir. Öz neft ehtiyatları sayəsində Azərbaycan beynəlxalq oyunçu olaraq qalır".

Soukup İntiqam Əliyevin sözlərini sitat gətirir ki, “neft bizim lənətimizdir. Pul olmasa, indiki rejim tab gətirə bilməzdi”.

Yazıda deyilir ki, Azərbaycanın adi vətəndaşları neftdən elə bir xeyir görmürlər, Azərbaycan orta əsrlər feodal dövləti kimi fəaliyyət göstərir. Bir neçə ailə iqtisadiyyatın bütöv sektorlarına və ölkənin bütöv regionlarına nəzarət edir.

Hakimiyyət indiyə kimi puldan müxalifəti parçalamaq üçün istifadə edirdi, bir vaxtlar rejimin əleyhdarları olanlar indi onun vəkillərinə çevrilib. Bəziləri parlamentdə yer alıb.
Azərbaycan hakimiyyəti indi xarici hökumətləri, onların üzvlərini, xarici doplomatları da satın almağa başlayıb.

Yazıda deyilir ki, Azərbaycan hakimiyyəti bu yolla insan haqları sahəsində tənqidin qabağını almaqdan başqa, Dağlıq Qarabağ müharibəsindəki hadisələr haqda öz versiyasını beynəlxalq aləmə qəbul etdirməyə çalışır.

Sukupun fikrincə, Çexiya parlamentinin Xarici Əlaqələr Komitəsinin fevralda Xocalı ilə bağlı qəbul etdiyi qərar Bakının bu istiqamətdə azsaylı uğurlarındandır. Yazıda deyilir ki, komtənin qərarı sanki Azərbaycan diplomatlarının qələmindən çıxıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG